XƏBƏR LENTİ
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



Gənclər və idman naziri Avropa Badminton Konfederasiyasının prezidentini qəbul edib
İdman 22:22 / 12.02.2025

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serreni qəbul edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı Azərbaycanda badmintonun inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da iştirak edib.


9512 oxunub

InvestAZ