XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Cəlilabadda boks zalı fəaliyyətə başlayıb
İdman 12:47 / 12.02.2025

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq Gənclər İdman Məktəbinin boks zalının açılışı olub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mərasimdən əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidəsi Kompleksini ziyarət edərək önünə əklil və gül dəstəsi qoyub, xatirələrini dərin ehtiramla anıblar.

Bölmənin açılışını bildirən qırmızı lenti Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov kəsib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə zal fəaliyyətə başlayıb.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıb, boks zalında məşğul olan idmançılara uğurlar arzulayıblar.


13569 oxunub

InvestAZ