XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paytaxtımızda Avropa çempionatı həyəcanı başlayır
İdman 09:53 / 12.02.2025

Bu gün Bakıda badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib. Bakı İdman Sarayında təşkil olunan turnirdə Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla ümumilikdə 8 komanda mübarizə aparır.

Birinci qrupda yer alan Azərbaycan millisi ilk oyununu İngiltərə seçməsinə qarşı keçirəcək.Qarşılaşma saat 10:00-da start götürəcək. Qrupun digər görüşündə Danimarka İspaniya ilə görüşəcək. Bu matç da eyni saatda başlayacaq. Bu gün II qrupda Fransa - Almaniya və Niderland - Çexiya oyunları da təşkil ediləcək. Həmin qarşılaşmalar saat 15:00-da start götürəcək.

Yığmamızın heyətində 16 badmintonçu - Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şabanzadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə yer alıb.

Qeyd edək ki, Avropa çempionatında ilk 2 pillənin sahibi yarımfinal mərhələsinə vəsiqə əldə edəcək. Qitə çempionatı fevralın 16-da başa çatacaq.



19803 oxunub

InvestAZ