XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Xizək alpinizmi üzrə millimiz Dünya Kubokunda mübarizə aparıb
İdman 11:15 / 12.02.2025

Azərbaycanın xizək alpinizmi millisinin üzvləri Nəbiyulla Qələbəgiyev və Ramin Beybutov Slovakiyada keçirilən yeniyetmələr arasında Dünya Kubokunda iştirak ediblər.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Ruzomberok şəhərində yerləşən Malino Brdo xizək mərkəzində keçirilən yarışın sprint növündə Nəbiyulla Qələbəgiyev 9-cu yeri tutub. Komandamızın digər üzvü Ramin Beybutov isə 15-ci yerə sahib çıxıb.

Qeyd edək ki, fevralın 6-9-da təşkil olunan beynəlxalq turnirdə 11 ölkədən 22 idmançı qüvvəsini sınayıb.


8578 oxunub

InvestAZ