XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mariya Stadnik qadın güləşi üzrə koordinator təyin edilib
İdman 15:35 / 03.02.2025

Peşəkar karyerasını başa vurandünya güləşinin canlı əfsanəsiMariya Stadnik qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, titullu idmançımız bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

Qeyd edək ki,Azərbaycan güləşində17ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib olan Mariya Stadnik bu günlərdə idmançı kimi peşəkar karyerasını başavurduğunu açıqlamışdı.

İkiqat dünya, onqat Avropa çempionu və dördqat (iki gümüş və iki bürünc) Olimpiya mükafatçısı olan Mariya StadnikAzərbaycan idmanının yeganə beşqat Olimpiada iştirakçısıdır. Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibiolan titullu idmançınəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə olub.



17625 oxunub

InvestAZ