XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Premyer Liqa: "Kəpəz"dən böyükhesablı qələbə
İdman 19:25 / 19.01.2025

Bu gün Misli Premyer Liqasının XIX turun daha bir oyunu keçirilib. "Kəpəz" klubu "Turan Tovuz"la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən oyun Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 5:2.

"Gəncə"nin heyətində Turan Manafov dubl (17, 57) müəllifi olub. Digər qolları Yeqor Xvalko (42) və Mahamadu Ba (75) və Karim Lkoça (90+2) rəqib qapısından keçirib.

Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz"dan isə Kristian da Silva (4) və Rəhim Sadıxov (34) fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Turan Tovuz" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.



14952 oxunub

InvestAZ