XƏBƏR LENTİ
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025



Nazim Babayev ilin ilk medalını İspaniyada qazandı
İdman 10:06 / 12.01.2025

Azərbaycan atleti Nazim Babayev İspaniyanın Sabadell şəhərində keçirilən uzunluğa tullanma üzrə beynəlxalq yarışda uğurla çıxış edib.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançımız yarışda bürünc medala sahib çıxıb. Uzunluğa tullanma növündə mübarizə aparan Nazim Babayev bu uğura 7,44 metr nəticə ilə nail olub. Beləliklə, idmançımız iştirak etdiyi ilin ilk yarışında mükafatçılar sırasında yer alıb.


11259 oxunub

InvestAZ