XƏBƏR LENTİ
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
İdman 15:05 / 10.01.2025

Beynəlxalq Olimpiya Komitəsinə (BOK) yeni prezident seçkilərinin tarix açıqlanıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, seçkilərmartın 20-də təşkil olunacaq.

BOK prezidenti postuna seçkilərdə yeddi namizəd iştirak edəcək. Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti), Vatanabe Morinari (Beynəlxalq Gimnastika Federasiyasının prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının nümayəndəsi), Xoan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Faisal Al Hussein (BOK İcraiyyə Şurasının üzvü) və Kirsti Koventri (üzgüçülük üzrə ikiqat Olimpiya çempionu) namizədlər sırasında yer alıblar.


15773 oxunub

InvestAZ