XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Olimpiya kateqoriyalı hakimimiz dünya çempionatına dəvət alıb
İdman 19:05 / 02.12.2024
Dekabrın 6-15-də Bəhreynin paytaxtı Manama şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı təşkil olunacaq. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən müəyyənləşdirilən yarışın hakimləri arasında azərbaycanlı mütəxəssis də yer alıb. Belə ki, bir neçə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hakim qismində ölkəmizi təmsil edən Vahid Nəzərov Manamadakı yarışa dəvət alıb.
Qeyd edək ki, 6 Olimpiya Oyunlarında (Atlanta-1996, Sidney-2000, Pekin-2008, Sinqapur-2010, London-2012, Tokio-2020) beynəlxalq hakim kimi ölkəmizi təmsil edən Vahid Nəzərov bu illər ərzində həmçinin 4 İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyub.
14462 oxunub

InvestAZ