XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Badmintonçularımız Botsvanadan 6 medalla qayıdırlar
İdman 12:45 / 25.11.2024

Azərbaycan badmintonçuları Botsvanada keçirilən "Future” seriyalı "Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, qoşa yarışında isə Aqil Qəbilov - Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov - Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.

Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov - Həcər Nuriyeva cütlüyü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin ediblər.

Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala yiyələniblər.



17612 oxunub

InvestAZ