XƏBƏR LENTİ
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
30 Noyabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024



Zəfər Günümüz mübarək!
İdman 16:38 / 08.11.2024

İnkar­edil­məz bir həqiqətdir ki, ermənilər ta qədim zaman­lar­dan tarixin bütün mərhələlərində azər­bay­canlılara və türk­lərə qarşı xəyanət və düşmənçilik mövqeyi tutublar.

Rus alimi Viktor Semyonovun «Orta əsrlər ta­ri­xi» əsərində qeyd etdiyi kimi, XI-XIII əsr­lər­də Roma papalarının çağırışı ilə İsa peyğəm­bə­rin xi­las edilməsi pərdəsi altında türklərə qarşı təşkil edi­­lən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermə­nilər olmuşdur.Uzun müddət Səfəvi və Os­manlı im­periyaları kimi qüvvətli döv­lət­lərin təbəələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.

Ermə­nilərin azər­baycanlılara qarşı soyqırım faciələri dedikdə hər kəsə yaxşı bəlli olan tarixi ardıcıllıq yada düşür: 1905-1907-ci (çar Rusiyası zamanı), 1915-1918-1920-ci (əsasən, Azərbay­can Xalq Cümhuriyyəti dövrü), 1948-1953-cü (SSRİ dövrü, deporta­siya), 1988-ci ildən bəri (SSRİ-nin dağılması və müstəqil Azərbaycan Respublikasının mövcud olduğu dövr), 1992-ci (Xocalı və başqa yerlərdə məqsədli erməni dövləti tərəfindən həyata keçirilən qırğını soy­qırım adlandırmaq olar).

Məlumdur ki, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatında «Soyqırım Bəyannaməsi» adlanan sə­nəd qəbul edilib. Dünyanın müxtəlif ölkələri BMT-nin Soyqırım Bəyannaməsini imzalanıb. Beynəlxalq hüquq normalarına hörmətlə yanaşan Azərbaycanın qanunvericilik orqanının azərbay­­can­lıla­ra qarşı soyqırım tarixi, onun dərslərindən çıxış edərək, xal­qı­mıza qarşı soyqırım cinayətləri və onun öyrənilməsi haqqında qanun qəbul etməsi vaxtı çatmamışdırmı?! Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib Qarabağı bizdən qopar­mağa çalışan ermənilər üçün ta qədimdən XX əsrin axırı­na­dək «məşq meydanı» olub bu diyar.

Bə­d­xahları­mız bu müqəddəs diyarın bütövlüyünü heç vaxt gör­mək istə­məyiblər. Əksinə, onun qol budağını kə­sə-kəsə, sinəsinə çalın-çarpaz dağlar çəkə-çəkə di­lim-di­lim doğrayıb, parça-parça qoparmaq işta­hası ilə ya­şayıblar. Başı bəlalar çəksə də, yur­­dumuz öz qüruru­nu qoruyub.Heç vaxt düşmənə diz çökməyib.

Tarixin qanlı cinayətləri nəticəsində Azər­bay­can Cənuba, Şi­mala, Qərbə bölündü və bir-birindən təcrid olundu. Böyük imperiya – rus çarizmi döv­rün­də müxtəlif istiqamətdən Azərbaycanın köksünə və kürəyinə zərbələr tuşlandı və din düşmənlərimiz İran­­dan, Türkiyədən qovulmuş erməniləri qədim türk-oğuz diyarının dilbər guşələrində məs­kunlaş­dır­dı. 70 illik Sovet rejimi zamanı ermənilərin əl-qolu da­ha da açıldı. «Böyük Ermənistan» yaratmaq xül­ya­sına düşdülər.

Beləliklə, Azərbaycan ərazisində sığınacaq ta­pan və əsrlər bo­yu süfrəmizin nemətləriylə qida­la­nan daşnaklar qədim türk-oğuz yur­du olan Qərbi Azərbaycanı azərbaycanlısız «Ermənistana» çevir­di­lər. Əsrin əvvəlindən 90-cı illərədək soydaş­ları­mızın başına müsibətlər aça-aça bir nəfər kimi deporta­si­ya­ya uğratdılar. I Pyotrun rus ordusunun işğalçı yürüş­lərini pər­dələmək üçün Azərbaycan dilində «Bəyan­namə» nəşr etdirərək Şir­vana və Xəzəryanı bölgələrə göndərməsi (15 iyun 1722-ci il), I Pyotrun Azər­baycan torpaqları üzərinə yürüşə başlanması (18 iyun 1722-ci il), Er­mənilərin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə I Pyotrun fər­man verməsi (noyabr, 1724), 1800-cü ildə qərbi azərbaycanlıların his­sə-hissə talanı, Azərbaycanın Cənuba (Gülüstan, 1813-cü il), Şimala (Türk­mən­çay, 1828-ci il ermə­ni­lərin Qara­ba­ğa köçürülməsi) və Qərbə bölün­məsi (Rusiya-Tür­kiyə müharibəsi, İrəvan və Naxçıvan xanlıqlarının işğalı – 1828-1829-cu il), 1905-1907-ci illərdə ermənilərin Azərbaycanın Ba­kı, Gəncə, Qara­bağ, Naxçıvan, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Ca­van­­şir, Cəbrayıl, Qaryagin və başqa bölgələrində xey­li azərbaycan­lının soyqırımı, ermə­ni­lərin Türkiyə və Qafqaz türklərinə qarşı aman­sız soyqırımı (1890-1920-ci illər), 1918-1920-ci illərdə xalqımıza qarşı törə­di­lən məqsədli soyqırımı (milli hökumətin dev­rilməsi), 1948-1953-cü il­lərdə 150 mindən artıq azərbay­can­lı­nın sovet hökumətinin göstərişi ilə doğma yurd­la­rından – indiki Ermənistan ərazisindən Azərbaycana və başqa yerlərə deportasiyası, 1988-ci ildə 200 mindən çox azər­bay­canlının Ermənistandan qovul­ması, Sumqayıt hadi­sə­ləri (1988-ci il), 20 Yan­var (1990-cı il), Xocalı soyqırımı (1992-ci il), Şuşa (1992-ci il), Laçın (1992-ci il), Kəlbəcər (1993-cü il), Ağdam (1993-cü il), Cəbrayıl (1993-cü il), Füzuli (1993-cü il), Qu­badlı (1993-cü il), Zəngilanın (1993-cü il) ermənilər tərəfindən işğalı. Hələ bu az­mış kimi, üstəlik dün­yaya car da çəkdilər ki, guya «zavallı ermənilər» blokada şəraitində yaşayırlar.

1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır.1989-cu il avqustun 16-da Xankəndində ermənilər "Dağlıq Qarabağ əhalisinin qurultayı”nı keçirir, Qurultay Dağlıq Qarabağı "müstəqil ittifaq ərazisi” elan edir. 1989-cu ildən yenə də ard-arda terror hadisələri törədilir, kütləvi şəkildə azərbaycanlılar qətlə yetirilir. Bütün bu olanlar Qarabağı əldə etmək uğrunda başlanılacaq müharibənin qığılcımları idi ki, getdikcə daha da alovlanırdı.

1990-cı il yanvarın 4-də erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır. 1992-ci ilin əvvəllərində Kərkicahan qəsəbəsi, Qeybalı, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal edildi.1992-ci il mayın 8-də Ermənistan Şuşa şəhərinin tutulması ilə Dağlıq Qarabağın, demək olar ki, bütün ərazisini ələ keçirmiş oldu. Beləliklə, ard-arda Qarabağımızın gözəl guşələri bir-bir işğal edilməyə başlanıldı. Ölkəni xaos bürüdü.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən si­ya­səti nəticəsində Qarabağ münaqişə­sinin dinc yolla nizama salınması, iş­ğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xa­rici siyasət yürüdülmüşdür.

Azərbaycan Respublikası 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən Bişkek protokolunu imzaladı.1994-cü ilin mayın 12-dən eti­ba­rən elan olunan atəşkəsin Er­mə­nistanın müdafiə naziri, o, cümlədən DQ ordu ko­mandiri tərəfindən 1994-cü il iyulun 27-də yazılı surətdə təs­diq edilməsi alqışlanır. Belə uzunmüddətli atəşkəsin əldə edilməsi prob­lemin sülh yolu ilə həl­lində ilkin mərhələ, zəruri siyasi addımdır.

Ümummilli liderimiz Heydər Əliyevin 18 de­kabr 1997-ci il ta­rix­li «1948-1953-cü illərdə azər­bay­canlıların Ermənistan SSR ərazisin­dəki tari­xi-etnik torpaqlarından kütləvi deportasiyası haqqın­da» və 26 mart 1998-ci il tarixli «Azərbay­can­lıların soy­qı­rımı haqqında» fərman­ları Azərbay­can xalqı və dövləti üçün tarixi sənədlərdir.

Azərbaycanlıların soyqırımına əsl hüquqi-siyasi qiyməti ümu­m­milli liderimiz Heydər Əliyev verdi. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönü­mündə ümummilli liderimiz Heydər Əliyevin imza­ladığı sə­rən­­cam erməni millətçilərinin hərəkətlərinə verilən ilk hüquqi-siyasi qiymət idi. 1998-ci il 26 mart ta­rix­li bu sərəncam indiki və gələcək nəsillərin milli yad­da­şının formalaşdırılması üçün bir növ proqram sənədidir.

Bu fərmanlarda göstərilir ki, son iki əsrdə Qaf­qazda azər­bay­can­lılara qarşı məqsədyönlü şə­kildə həyata keçirilmiş etnik təmiz­ləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mər­hələ-mərhələ gerçəkləş­dirilən belə qeyri-insani siya­sət nəticəsində indi azərbaycanlılar Er­mənis­tan ad­lan­dırılan ərazidən - min illər boyu öz doğma ta­rixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qal­ıb, xalqımıza məxsus min­lərlə tarixi-mədəni abidə və yaşayış məskəni da­ğı­dılıb viran edilib.

Bununla da tarixi hadisələrə düzgün qiymət vermək mümkün olub, həmçinin dünya birliyini azər­­baycanlı soyqırımı hadisəsi ilə tanış edə bil­miş­dik. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu fərmanı ilə azərbaycanlı soyqırımını dünyanın diqqət mərkəzinə çı­xar­­mağa, bu məsələni müxtəlif səviyyələrdə qaldırmağa geniş im­kan­lar açıldı.

Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soy­qırım və de­por­tasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 mart azər­baycanlıların soy­qırı­mı günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırım və etnik təmizlənmənin dəhşətli miq­yasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xeyli iş görüb.

Azərbaycan Respublikasının Milli Məclisi Azər­baycanın iş­ğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlü­kə­siz­lik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edir, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sə­nəd­ləri, Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qət­naməsi əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırırdı.

2020-ci ilin sentyabr ayında 44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin aprel döyüşləri tarixi qələbəmizin başlanğıcı oldu. Bu döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır!” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi, xalqımıza böyük sevinc yaşatdı. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Həmin dövrdə dövlət başçısı bir sıra çıxışlarında, müsahibələrində də xüsusi vurğulayırdı ki, Ermənistan müharibəyə hazırlaşır. Lakin hər zamankı ikili standartlar nəticəsində bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq olunmurdu.

İkinci Vətən müharibəsi,ermənilərin 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı növbəti hücumu ilə başlandı.Ar­dınca, həmin gün ölkədə hərbi vəziyyət elan edilməsi haqqında ölkə Prezidenti Fərman imzaladı.

Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi.Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.

Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: «Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var».

Nəhayət,ölkə Prezidenti, MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi iləŞanlı Azərbaycan Ordusu 29 il işğal altında qalmış doğma torpaqlarımızı 44 günlük qanlı müharibədən sonra erməni işğalçılarından azad etdik.

Noyabrın 8-dəölkə Prezidenti cənab İlham Əliyev Şəhidlər Xiyabanında xalqa müraciətində bildirdi: "Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən tamamilə dağıdılmış Füzuli, Cəbrayıl Qubadlı, Zəngilan şəhərləri,kəndləri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri”.

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.

Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!

Bu, böyük Qələbədir!

Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun,Azərbaycan!

Gözünüz aydın olsun,dünya azərbaycanlıları!

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!QarabağAzərbaycandır!

Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: «Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»

Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Azərbaycan hərbçiləri sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşlərdə ŞuşadaErmənistan hərbi birləşmələrini bir gün ərzində məhv etdilər.

Şuşanın azad olunması əməliyyatından danışan Prezident İlham Əliyev qeyd edib ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər.

Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

8 noyabr tarixi Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Ölkə Prezidenti İlham Əliyev xalqın ürəyindən bu üç əsrlik qara ləkəni tamamilə sildi. Qazanılan zəfərlər təkcə silahın gücü ilə deyil, həm də Ölkə Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsidir.

44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da "ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!

Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 3000 nəfərə yaxın şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə "Vətən Müharibəsi Qəhrəmanı” adına və "Zəfər” ordeninə layiq görülüb.

Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər. Zəfər Paradında müzəffər Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə ələ keçirilən hərbi qənimətlərin bir qismi və Şuşaya sancılmış Qələbə Bayrağı nümayiş etdirildi.

Düşmən üzərində qələbənin təbliği məqsədilə Bakıda açılan Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi yaradır.

Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "İkincı Vətən Müharibəsində Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbr diləyirəm.

Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm.

Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad etdik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!

Zəfər haqqın tərəfində oldu.

Biz haqq yolundayıq.

Bizim işimiz haqq işidir.

Biz zəfər çaldıq!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı 2 dekabr 2020-ci ildə verilib. Bu Sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə — Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "Hər kəs bilir ki, Ermənistan rəhbərliyi demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, "Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri! Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirmişdir ki: "Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır”.
Artıq 4-cü ildir ki, xalqımız bu bayramı sevinc içində, böyük təntənə ilə qeyd edir. Zəfər Gününün sevincini yaşatdıqlarına görə ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Prezidentin ən yaxın silahdaşı olan birinci vitse-prezident Mehriban xanım Əliyevaya, xalqımıza, şəhidlərimizə, müharibə əlillərinə və qanlı döyüşlərin ilk günündən ürəyi hər an Qarabağla döyünən Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün türk millətinə minnətdarlığımı bildirirəm! 

Zəfər Günümüz mübarək!


1621 oxunub

InvestAZ