XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Maks Ferstappendən növbəti çempionluq
İdman 01:06 / 04.11.2024

Formula 1 üzrə Braziliya Qran-prisinin qalibi müəyyənləşib. San-Pauluda keçirilən yarışda "Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen finişə hamıdan tez çatıb.

Digər iki pilləni isə "Alpine"nin fransalı üzvləri tutub. Esteban Okon ikinci, Pyer Qasli isə üçüncü olub.

Məlumat üçün bildirək ki, təsnifat mərhələsinin qalibi "McLaren” komandasının britaniyalı pilotu Lando Norris olmuşdu.

Qeyd edək ki, "Red Bull” komandasının 27 yaşlı niderlandlı pilotu Maks Ferstappen liderlik günlərinin sayına görə 7 qat dünya çempionu, əfsanəvi Mihael Şumaxeri keçib.

2021-ci ildən bəri ardıcıl üç titul qazanan və 2022-ci il İspaniya Qran-prisindəki qələbəsindən sonra fərdi hesabda liderliyi ələ alan M.Ferstappen 897 gündür çempionatın lideri mövqeyindədir.

M.Şumaxer isə 2000-ci ilin əvvəlində İtaliyanın "Ferrari” kollektivində çıxış etdiyi dönəmdə Formula 1-də fərdi hesabda 896 gün liderliyini qorumuşdu.


16690 oxunub

InvestAZ