XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Azərbaycan Kuboku: Bu gün 1/8 finalın son iki iştirakçısı müəyyənləşəcək
İdman 10:38 / 31.10.2024

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.

Son oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə meydana "İmişli” və "Cəbrayıl” komandaları çıxacaq. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq görüş saat 14:00-da başlayacaq.

Saat 15:00-da isə "Qəbələ” "Baku Sportinq”i sınağa çəkəcək. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, "Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, "Səbail" "Dinamo"nu 6:0, "Şamaxı” "Şəmkir”i 6:1, "Mingəçevir” "Zaqatala”nı 1:0, "Qaradağ Lökbatan” "Karvan”ı 3:0, "Difai” isə "Şəfa”nı 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.


11487 oxunub

InvestAZ