XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



Boksçumuzdan tarixi nəticə
İdman 11:19 / 31.10.2024

Azərbaycanın daha üç boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən verilən məlumata görə, Aynur Mikayılova (57 kq) Reka Varqa Sara (Macarıstan) ilə qarşılaşıb. O, ilk raundda tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycanın boks tarixində yeni səhifədir. A.Mikayılova fəxri kürsüyə qalxacaq ilk azərbaycanlı qız boksçu olacaq. Mikayılova finala gedən yolda türkiyəli Pinar Beneklə qarşılaşacaq.

Məhəmmədəli Qasımzadə (60 kq) də növbəti qələbəsini qazanıb. Boksçu Sandro Spicaya (Fransa) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda Platon Kozlovla (Rusiya) döyüşəcək.

Zidan Hümbətov (51 kq) isə 1/4 finalda gücünü Meroj Sufijonova (Tacikistan) göstərib. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Hümbətov yarımfinalda Castin Morena (Kolumbiya) ilə qüvvəsini sınayacaq.

1/4 final döyüşlərində qələbə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər.

Beləliklə, dünya birinciliyinin yarımfinalında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) və Əli Abdullayev (63,5 kq) bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinal mərhələsinin görüşləri bu gün keçiriləcək.


16496 oxunub

InvestAZ