XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tamaşaçı aldığı biletin pulunu geri istəyir
İdman 11:49 / 12.09.2024
Parisdə-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən bir tamaşaçı biletinin geri qaytarılmasını tələb edir. Şou üçün 1600 avro ödəmiş tamaşaçı mərasimdə heç nə görmədiyini deyib.
"Bu, böyük məbləğdir. Mən mərasimi görmək istəyirdim və buna görə bilet aldım. Demişdilər ki, hər şey qeyri-adi olacaq. Gördüyüm yalnız qaranlıqda işıqsız və bəzəksiz uzaqda üzən qayıqlar oldu. Körpülərdə və ya dayaqlarda heç bir rəqqasəni və ya şounu yaxından görə bilmədim. Ümumiyyətlə, maraqlı heçnə görmədim. Məni axmaq kimi qəbul etdilər. Bir sözlə, böyük bir fırıldağın qurbanı oldum”- deyə RMC Sport izləyicinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçirilib.

17462 oxunub

InvestAZ