XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025



Yeniyetmə stolüstü tennisçilərimiz təlim-məşq toplanışlarında iştirak edəcəklər
İdman 15:15 / 25.07.2024

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə və Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarında iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komanda üzvləri bu məqsədlə əvvəlcə Çin Xalq Respublikasına yollanıblar. Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar.

Onur Quluzadə ilə Yağmur Məmmədli ardınca qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək "Eurotalents” təlim-məşqlərinə qatılacaqlar.

Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək "Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.


16812 oxunub

InvestAZ