XƏBƏR LENTİ
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025



Paris-2024-ün Təşkilat Komitəsi qalmaqallı görüş barəsində açıqlama verib - FOTO
İdman 12:52 / 25.07.2024

Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi futbol üzrə Argentina və Mərakeş milliləri arasında qalmaqallı oyun barəsində (1:2) açıqlama verib.

"Argentina və Mərakeş milliləri arasında oyun tamaşaçının meydana daxil olması səbəbindən dayandırıldı. Matç sonra davam etdi. Təşkilat Komitəsi bu halın bir daha baş verməməsi üçün bütün səylərini davm etdirəcək”, - deyə CBS Sports telekanalı Təşkilat Komitəsinin nümayəndəsindən sitat gətirib.

Xatırladaq ki, Argentina millisinin yarımmüdafiəçisi Kristian Medina matçın 90+16-cı dəqiqəsində hesab bərabərləşib - 2:2. Həmin məqamda Cənubi Amerika yığmasının futbolçularının üzərinə fişənglər atılıb. Bundan əlavə, Mərakeş millisinin azarkeşləri meydana daxil olublar. İğtişaşlar səbəbindən oyun dayandırılıb. Matç iki saat sonra yenidən azarkeşsiz başladıldıqdan sonra vurulan qol videotəkrar vasitəsilə yoxlanılıb və qol sayılmayıb.


12614 oxunub

InvestAZ