XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Fərid Mansurov: “Hər bir idmançımıza bayrağımızı yüksəklərə qaldırmağı və himnimizi səsləndirməyi arzu edirəm"
İdman 15:31 / 24.07.2024
"Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza uğurlar arzulayıram".
Bu sözləri Azərbaycan İdman Akademiyasının idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov bildirib. 
O, hər zaman olduğu kimi, bu dəfə də ən böyük ümidlərin güləşçilərə olduğunu deyib. 
"Amma bu, o demək deyil ki, başqa idman növlərində nəticə olmayacaq. İnanıram ki, bütün idman növlərində yaxşı nəticələr əldə olunacaq. Güləşçilərin hər zaman olduğu kimi, üzərinə böyük məsuliyyət düşür. İdmançılar da bu məsuliyyəti yaxşı dərk edirlər. Bu da idmançılara əlavə stimul verir. İdmançılarımız olimpiadaya hazırlıq üçün lazımı təlim-məşq toplanışları və yarışlarda iştirak ediblər. Statistikaya baxsaq deyə bilərik ki, güləşçilərimiz olimpiadadan qənaətbəxş nəticələrlə qayıdacaq. Təbii ki, hər kəsi qızıl medal maraqlandırır. Düzdür, Olimpiya Oyunlarının hər bir medalı dəyərlidir. Amma qızıl medal həm də ona görə dəyərlidir ki, həmin an ölkənin dövlət himni səsləndirilir. Paris-2024-də hər bir idmançımıza qızıl medal qazanaraq, bayrağımızı yüksəklərə qaldırmağı və himnimizi səsləndirməyi arzu edirəm".
Qeyd edək ki, Azərbaycan komandası Paris Olimpiadasının güləş yarışlarında 12 idmançı ilə təmsil olunacaq. 
21130 oxunub

InvestAZ