XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



"Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında” kitabı çapdan çıxıb
İdman 14:45 / 23.07.2024
Milli Olimpiya Komitəsi tərəfindən (MOK) hazırlanan "Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında” kitabı çapdan çıxıb. Paris-2024 ərəfəsində nəşr olunan və 4 hissədən ibarət olan kitabın birinci hissəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara, olimpiyaçılara tövsiyələri ilə başlayır. Bundan əlavə, ilk hissədə Azərbaycanın tarixi, əhalisi, dili haqqında məlumatlar verilib. Kitabın ikinci hissəsində Bakı şəhəri haqqında məlumat öz əksini tapıb. Üçüncü hissə isə Azərbaycanda Olimpiya Hərəkatına və atletlərimizin Olimpiya Oyunlarındakı çıxışına həsr olunub. Kitabın son bölməsində Paris-2024-ə yollanacaq Azərbaycan idmançıları və nümayəndə heyəti haqqında məlumat yer alıb.
Kitabın üstün cəhətlərindən biri onun iki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunmasıdır.
Milli Olimpiya Komitəsi tərəfindən ilk dəfə belə bir kitab Sidney-2000 Yay Olimpiya Oyunları ərəfəsində hazırlanıb.


13549 oxunub

InvestAZ