XƏBƏR LENTİ
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



“Baku Open 2024”də beşinci tura yekun vuruldu
İdman 13:01 / 04.07.2024

Bakı İdman Sarayında keçirilən "Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında 5-ci tura yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,beş turdan sonra A qrupunda yarış cədvəlinə 4,5 xalı olan İran şahmatçısı Sina Movahed başçılıq edir.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədli, Read Səmədov, Nicat Abasov liderdən yarım xal geri qalır və 4-9-cu yerləri bölüşdürür.

B qrupunda maksimum xal toplayan Elgün Xanalizadə birinci pillədə qərarlaşıb. Kamran Babayev, Nihad Əhmədli, Uğur Mirzəyev, Əkbər Mirzəyev, Əhməd Hüseynov, Xanlar Allahverdiyev 4,5 xalla 2-8-ci yerləri tutur.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak edirlər.
Yarışın ümumi mükafat fondu isə 50 000 ABŞ dollarına bərabərdir.


22241 oxunub

InvestAZ