XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz bu gün Dünya Qadın Seriyasında mübarizəyə başlayır
İdman 11:16 / 14.06.2024

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının "Klermon-Ferrand” mərhələsində mübarizəyə başlayacaq.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız Fransada təşkil olunacaq yarışın D qrupunda Filippin və Niderland komandaları ilə üz-üzə gələcək. Hər iki görüş bu gün baş tutacaq.

Qeyd edək ki, Dünya Qadın Seriyasının dörd mərhələsindən sonra Azərbaycan 45 xalla 19-cu yerdə qərarlaşıb.


22272 oxunub

InvestAZ