XƏBƏR LENTİ
24 Mart 2025
23 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025



Avropada futbol bayramı başlayır
İdman 10:06 / 14.06.2024

Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.

Almaniyanın 2-ci dəfə ev sahibliyi edəcəyi turnirdə ümumilikdə 51 oyun təşkil olunacaq.

24 yığmanın iştirakı ilə keçiriləcək qitə çempionatının açılış matçında Almaniya və Şotlandiya milliləri üz-üzə gələcək. Münhen şəhərindəki "Alyans Arena”da təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Oyunu fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

Qeyd edək ki, Avro-2024 Almaniyanın 10 şəhərində və stadionunda keçiriləcək. Turnirə paytaxt Berlinlə yanaşı, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leyptsiq, Gelzenkirhen, Ştutqart və Düsseldorf şəhərləri də ev sahibliyi edəcək.

Qitənin ən güclü 24 yığması hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq. Qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 kollektiv 1/8 finala yüksələcək. Qrup oyunları iyunun 26-da başa çatacaq.



10193 oxunub

InvestAZ