XƏBƏR LENTİ
25 İyul 2024
24 İyul 2024
23 İyul 2024



Güləşçilərimiz reytinq yarışını 5 medalla başa vurdular
İdman 10:06 / 10.06.2024

İyunun 6-dan 9-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçirilib. Yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edib.

Mübarizəyə ilk olaraq sərbəst güləşçilərimiz başlayıblar. Baş məşqçi Xetaq Qazyumov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında qüvvəsini sınayan sərbəst güləşçilərimiz reytinq turnirini bir gümüş və bir bürünc medalla başa vurub. Təmsilçilərimizdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb. Millimiz bu nəticə ilə yekunda 7-ci yeri tutub.

Yunan-Roma güləşi üzrə yarışda isə millimiz baş məşqçi Aleksandr Tarakanov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında iştirak edib. Klassiklərimiz turniri 3 qızıl medalla başa vurublar. Təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (72 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, reytinq turnirini 3 qızıl medalla başa vuran yunan-Roma güləşi üzrə millimiz 85 xalla komanda hesabında 4-cü yeri tutub.


2667 oxunub

InvestAZ