XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



MOK-un əməkdaşı Milli Olimpiya Komitələri Assosiasiyasının 1-ci Rəqəmsal Kommunikasiya seminarında iştirak edib
İdman 22:07 / 29.05.2024
Mayın 28-29-da Çexiyanın paytaxtı Praqada 1-ci Milli Olimpiya Komitələri Assosiasiyasının seminarı keçirilib. 

Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberg, Çexiya Olimpiya Komitəsinin prezidenti, BOK-un üzvü Jiri Kejval və 51 ölkədən 70-ə yaxın Marketinq və Kommunikasiya direktorlarının iştirak etdiyi seminarda ölkəmizi Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva təmsil edib.


Seminar iştirakçıları Paris-2024 Yay Olimpiya Oyunları öncəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar.

Milli Olimpiya Komitələri Assosiasiyasının 1-ci Rəqəmsal Kommunikasiya seminarında Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva çıxış edib. O, çıxışında Paris-2024 Yay Olimpiya Oyunları üçün Marketinq və Kommunikasiya strategiyasının yaradılması, əsas performans indekatorlarının təyin olunması istiqaməti üzrə fikirlərini bildirib. 

Seminarda Azərbaycan Milli Olimpiya Komitəsi ilə yanaşı, Brazilya, Portuqaliya, İtaliya, Çexiya və Yeni Zelandiya Olimpiya komitələrindən olan marketinq və kommunikasiya ekspertləri də digər mövzular ətrafında çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunları barədə öz fikirlərini bölüşüblər.

3098 oxunub

InvestAZ