XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
İdman 09:28 / 28.05.2024

Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür

Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkədir. Bəşər tarixinin bütün mərhələləri bu torpaqlarda öz silinməz izini qoyub. Qədim Azərbaycan tarixi çox qiymətli hadisələrlə zəngindir. Onu da qeyd etmək lazımdır ki, bu, zəngin tarixin həm də qanlı səhifələri vardır. Məlumdur ki, Azərbaycan öz geosiyasi vəziyyətinə görə bütün dövrlərdə nəhəng imperiyaların mübarizə obyekti olub, əraziləri işğal edilib, müəyyən mərhələdə öz dövlətçiliyini itirib, əhalisi isə dəfələrlə deportasiyaya, etnik təmizləmələrə və soyqırıma məruz qalıb.

Azərbaycan tarixində fərəhli, şərəfli günlər də çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. Biz birinci dəfə deyil ki, müstəqil dövlət yaradırıq. XX əsrdə üç dəfə dövlət yarada bilmişik:

1918-20-ci illərdə Azərbaycan xalq Cümhuriyyəti, 1920-21-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Ondan sonrakı sovet dövrü müstəqilliyimizin itirildiyi şəraitdə yaşadıqlarımız da tarixdən bizə yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegomonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, bunların ardınca isə Azərbaycanın o zamankı rəhbərlərinin yetirdikləri siyasəti ucbatından torpaqlarımızın bir qisminin itirilməsi baş verdi. Müstəqillik zərurəti bax belə bir şəraitdə yarandı. Məlum olduğu kimi müstəqillik asanlıqla qazanılmadı. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edildi. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin təəssüflər olsun ki, bu sevincimiz içərisində çox acılı, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə müstəqillik yollarında çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarşıqlıq, anarxiya xaos, böyük qorxu, nigarançılıq, müsibətlər şəraitində yaşamalı olduq. Nəhayət, 1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə dayandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın itirilməsi təhlükəsi yarandı. Belə bir şəraitdə ölkənin güclü bir liderə ehtiyacı yarandı. Ümidin itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara, hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Beləliklə, Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, dövlətçiliyi, müstəqilliyi xilas edildi.

İndi həmin vaxtdan 33 il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-ci ildə yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə də başa çatmış olacaqdı. Yəqin ki, biz bu gün çətinliklə əldə olunmuş müstəqilliyimizin 33 illiyini görə bilməyəcəkdik.

Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ-dövlət müsəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı.

Öz müstəqilliyini bəyan etmiş Azərbaycanın müstəqil ordusunun yaradılması tarixi zərurət idi. Ermənistanın ölkəmizə xaincəsinə basqını və torpaqlarımızın 20 faizindən çoxunu zəbt etməsi bizi azadlıq uğrunda müharibəyə qaldırdı. Qanlı döyüşlər getdi. 2 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan xalqına "Qalx ayağa Azərbaycan” deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşlarını, əsgərlərimizi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı. Azərbaycanın xoşbəxt gələcəyinə inamı daha da artdı. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində ümummilli lider Heydər Əliyevin səngərlərə baş çəkməsindən sonra isə döyüşçülərimiz, Füzuli, Goronboy cəbhələrində itirilmiş torpaqlarımızın bir hissəsini azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinə imkan vermədilər. Düşmən xeyli itkiyə məruz qaldı. Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovun şücaəti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu partlatmış, özü həlak olmuş və otuz nəfər azərbaycanlı əsgəri ölümdən xilas etmişdi.

Son 28 il ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkədə yeridilən müdrik daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi demokratik dövlət quruculuğunda, Milli Ordunun formalaşdırılmasını, Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə yüksəldilməsi sahəsində böyük işlər görülmüşdü.

Bu dövrdə Azərbaycanın iqtisadi-siyasi həyatında mühüm demokratik dəyişiliklər baş vermiş, aqrar islahatların aparılması haqqında qanunlar, eyni zamanda özəlləşdirmə qanunu və konsepsiya qəbul edilmişdir. Azərbaycanda iqtisadi potensialı hərəkətə gətirmək, maliyyə sistemində köklü dəyişiliklər sahəsində ciddi addımlar atılmışdır.

Respublikamızın dövlət müstəqilliyinə, suverenliyinə qənim kəsilən düşmən qüvvələri narahat edən də məhz bu uğurlu siyasətidir.

Azərbaycanda dövlət müstəqilliyi xəttinin uğurlarını görən daxili və xarici antiazərbaycan dairələr daha kəskin və təhlükəli siyasi təxribatlara əl atdılar. Fəlakətli vətəndaş müharibəsinin və Azərbaycan müstəqilliyinin məhvolma təhlükəsinin qarşısını məhz Heydər Əliyev aldı.

Oktyabr və mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması xalqımızın ümummilli lideri Heydər Əliyevin dühası, zəngin siyasi təcrübəsi, xalqla tam vəhdəti, beynəlxalq nüfuzu və qətiyyəti sayəsində mümkün oldu. Dövlət çevrilişinə cəhd göstərən xəyanətkar qüvvələr hər şeyi əvvəlcədən ciddi ölçüb-biçsələr də bir həqiqəti unutmuşdular. Bu da xalq amili idi. Oktyabr və mart hadisələrində Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sədaqətini, siyasi yetkinliyini, müstəqillik ideyalarının ümummilli ideala çevrildiyini, iqtidarın yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini yekdilliklə nümayiş etdirdi.

Onun uzaqgörən siyasəti addım-addım böyük Çin səddini keçib Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı.

Azərbaycan xalqı bu günkü həyata asanlıqla çatmamış, böyük mübarizə yolu keçmişdir. Biz XXI əsrdə xalqımızın mübarizəsi, başına gətirilən müsibətlər haqqında əsl həqiqəti gəncliyə vaxtında çatdırmalı, onları mənəvi cəhətdən ruhlandırmalı, tarixin qanlı hadisələrini unutmamağa və gələcək hadisələrə hazırlamalıyıq.

Bu gün bizim borcumuzdur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı İlham Əliyevin ətrafında sıx birləşək, Azərbaycan naminə yaşayaq, yaradaq.

Qürurverici haldır ki, artıq müstəqil dövlətimiz bir çox mötəbər, beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan və ona olan dərin inamdan xəbər verir. Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji əməkdaş kimi qəbul edilir.

Fərəhli haldır ki, 2020-ci il 8 noyabr möhtəşəm Zəfər tariximizdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü xalqımız qürur və sevinc hissi ilə qarşıladı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində möhtəşəm qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərir. Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir".

Dilqəm Quliyev,

pedaqogika üzrə elmlər doktoru,

professor


2073 oxunub

InvestAZ