XƏBƏR LENTİ
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



Gənc güləşçilərimiz Gürcüstandan 7 medalla qayıdıblar
İdman 15:28 / 27.05.2024

Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri Gürcüstanın Qori şəhərində keçirilmiş "Şxireli Kuboku”nda 7 medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Vasif Bağırov (57 kiloqram), Musa Verdiyev (65 kiloqram) və Ramik Heybətov (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Camal Abbasov (61 kiloqram) ikinci, Əhməd Əhmədli (74 kiloqram), Emin Qocayev (79 kiloqram) və Sadiq Mustafazadə (86 kiloqram) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak edib. Azərbaycanı ənənəvi yarışda 7 güləşçi təmsil edib və onların hər biri fəxri kürsüyə qalxıb.

"Şxireli Kuboku”nda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyublar.


21838 oxunub

InvestAZ