XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Azərbaycan nümayəndə heyəti Avropa Badminton Konfederasiyasının toplantısında iştirak edib
İdman 16:18 / 27.05.2024

Azərbaycanı təmsil edən nümayəndə heyəti ötən həftəsonu Avropa Badminton Konfederasiyasının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən illik toplantısında iştirak edib.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, Avropanın 44 ölkəsinin yerli badminton federasiyalarının rəhbər şəxsləri 2025-2028-ci illər üçün badmintonun strateji inkişaf planını müzakirə ediblər.

Toplantı zamanı badmintonun yalnız Avropanın deyil, dünya üzrə futboldan sonra ikinci ən populyar idman növü olduğu vurğulanıb. Son statistik məlumatlara görə, dünya üzrə 865 milyondan çox insan bu idman növü ilə məşğul olur və badminton ulduzları dünyanın ən bahalı idmançıları arasında yer alırlar. Aparılan statistik göstəricilərə görə qarşıdakı illərdə badminton oynayanların sayının 1 milyarda çatması gözlənilir.

Toplantı çərçivəsində Sloveniyadan Andrej Pohar Avropa Badminton Konfederasiyasının vitse-prezidenti, Radomir Jovovic və Silvain Benain isə Direktorlar Şurasına üzv seçiliblər.

Tədbirdə iştirak edən Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov toplantı çərçivəsində bir sıra görüşlər keçirərək, qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.

2023-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi toplantının 2025-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilməsi qərara alınıb.


4529 oxunub

InvestAZ