XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Brazilyalı futbolçu yenidən diqqət mərkəzinə düşüb
İdman 15:38 / 24.05.2024

Londonun "Vest Hem” klubunun futbolçusu Lukas Paketa növbəti dəfə danışılmış oyunlarda iştirakına görə ittiham olunub.

Brazilyalı futbolçu buna qədər "Lester Siti" (12 noyabr 2022), "Aston Villa" (12 mart 2023), "Lids Yunayted" (21 may 2023) və "Bornmut" (12 avqust 2023) ilə matçlarda qəsdən sarı vərəqə almaqda ittiham olunur. Paketa bununla bukmekerlərin bu hadisəyə mərc oynaması üçün imkan yaratmışdı. Belə ki, o uşaqlıq dostları, yaxın qohumları və ailə üzvləri Paketanın sarı kart almasına mərc edərək, xeyli miqdarda pul qazanmışdılar.

Qeyd olunur ki, futbolçu iyunun 3-dək ittihamlara cavab verməlidir. Paketa isə bu fikirləri rədd edib və təmiz oyun uğrunda mübarizə aparmağa hazır olduğunu bəyan edib.


23737 oxunub

InvestAZ