XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024



Avropa Liqası: "Bayer" bu dəfə "Roma"nın hissləri ilə oynadı
İdman 01:32 / 10.05.2024

Futbol üzrə UEFA Avropa Liqasında finalçıların adlarına aydınlıq gəlib. Qitənin ikinci nüfuzlu klub turnirinin həlledici qarşılaşmasında Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları üz-üzə gələcək. 

Ötən həftə səfərdə "Roma"ı iki cavabsız qolla məğlub edən bundestim təmsilçisi bu dəfə doğma meydanda sülhə razılaşıb. "Bay Arena"dakı oyuna fəal başlayan "canavarlar" 2:0 hesablı üstünlük əldə etsələr də Xabi Alonsonun komandası oyunun sonlarında "Roma"nın ümid çırağını söndürüb -2:2. Beləliklə, iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanan Leverkuzen təmsilçisi finala vəsiqə əldə edib. 

Digər yarımfinal oyununda isə "Atalanta" İtaliyada Fransanın "Marsel" komandasını qəbul edib. Oyun  meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Birinci qarşılaşmada 1:1 hesabı qeydə alındığı üçün Berqamo təmsilçisi adını finala yazdırıb.

Beləliklə, "Atalanta" və "Bayer" klubları mayın 22-də İrlandiyanın Dublin şəhərindəki "Aviva" stadionunda keçiriləcək final oyununda üz-üzə gələcək. 


1015 oxunub

InvestAZ