XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024
16 May 2024



İdman gimnastları açıq Bakı çempionatı və paytaxt birinciliyində yarışırlar
İdman 14:31 / 09.05.2024

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyinə start verilib.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, "Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbini 24 qadın və 29 kişi olmaqla ümumilikdə 53 idmançı təmsil edir.

Müxtəlif yaş qrupu üzrə keçirilənyarışlara mayın 10-da yekun vurulacaq.



967 oxunub

InvestAZ