XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024
16 May 2024



Federasiya prezidenti türkiyəli həmkarı ilə görüşüb
İdman 17:36 / 09.05.2024

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Türkiyənin paytaxtı Ankarada Türkiyə Ağırlıqqaldırma Federasiyasının (TAF) prezidenti Tələt Ünlü ilə görüşüb.

Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüş zamanı federasiyalar arasında münasibətlərin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin digər məsələlər müzakirə edilib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.


1096 oxunub

InvestAZ