XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



Çempionlar Liqasının ikinci finalçısı "Real" oldu
İdman 01:16 / 09.05.2024
Futbol üzrə UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. 
Gecənin maraqla gözlənilən yarımfinal oyununda İspaniyanın "Real" və Almaniyanın "Bavariya" klubları qarşılaşıb. "Santyaqo Bernabeu"da keçirilən dramatik oyun "Kral klubu"nun əzmkar qələbəsi ilə yadda qalıb -2:1.
Oyunda hesab ikinci hissədə açılıb. Alfonso Devis matçın 68-ci dəqiqəsində fərqlənərək bundestim təmsilçisini hesabda önə keçirib. 
Lakin Tomas Tunelin komandası qələbə hesabını sona qədər qoruya bilməyib. Matçın 88 və 90+1-ci dəqiqələrdə Xoselu dubl edərək "Real"ın qələbə qollarını vurub. 
Beləliklə, "Real" klubu iki oyunun nəticəsinə görə (4:3) finala vəsiqə qazanıb. 
Bu komandalar arasında "Aliyans Arena"da keçirilən ilk oyunda qalib müəyyənləşməmisdi -2:2.
Qeyd edək ki, iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyununda "Real"ın rəqibi Almaniyanın "Borussiya" (Dortmund) klubu olacaq. 

1095 oxunub

InvestAZ