XƏBƏR LENTİ
18 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
İdman 11:06 / 05.05.2024

Bu gün Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq. 

Turnirin sonuncu günündə böyüklər arasında fərdi və qrup hərəkətləri proqramında qaliblər müəyyənləşəcək.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova halqa, top və lentlə çıxış edəcək. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Daria Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv isə üç lent və iki top, həmçinin beş halqa ilə yarışda bacarıqlarını nümayiş etdirəcək.

Gənclər arasında final mərhələsində Gövhər İbrahimova halqa, İlahə Bahadırova top, Şəms Ağahüseynova isə lentlə çıxışda qüvvələrini sınayacaqlar.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir.


1272 oxunub

InvestAZ