XƏBƏR LENTİ
03 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Bakının dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb"
İdman 18:40 / 21.04.2024

Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb.

Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, Milli Gimnastika Arenasında keçirilən tədbirdə Azərbaycana gələn qonaqların Bakını gəzdiklərini və adət-ənənələrimizlə yaxından tanış olduqlarını bildirib: "Avropanın İdman Paytaxtları Federasiyasının rəsmiləri paytaxtımızdakı idman qurğuları ilə yaxından tanış olublar. Səfər zamanı Milli Gimnastika Arenasının, Su İdmanı Sarayının, Avropa Oyunları Parkının, Dənizkənarı Milli Parkın, cüdo üzrə yığma komandaların Təlim-Məşq Mərkəzinin, Bakı Kristal Zalının, Respublika Olimpiya Mərkəzinin fəaliyyəti barədə məlumatlandırılıblar. Hazırda dünyada ən önəmli məsələ kütləviliyin artırılmasıdır. Artıq bir neçə gündür ki, bununla bağlı görüşlər keçirilir. Əsas hədəfimiz odur ki, hər kəsi idmanla məşğul olmağa yönəldək. Bakı hər il beynəlxalq yarışlara ev sahibliyi edir. Bu, ölkəmizdə idman dəyərlərinin formalaşmasına təsir göstərir. Sevindirici haldır ki, Bakının dünyanın idman paytaxtı ilə bağlı namizədliyini irəli sürməsi müsbət qarşılanıb. Hətta bununla bağlı kitab dərc olunub”.


1309 oxunub

InvestAZ