XƏBƏR LENTİ
04 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan komandası Dünya Kubokunda bürünc medal qazandı
İdman 00:23 / 21.04.2024

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda üç lent və iki topla qrup hərəkətlərində buna nail olublar. Onlar hakimlər tərəfindən 69.050 xalla qiymətləndiriliblər.

Bu proqramda İspaniya komandası birinci, İtaliya komandası isə ikinci yeri tutub.

Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.


1045 oxunub

InvestAZ