XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024



Premyer Liqa: "Qarabağ" - "Qəbələ" oyununda qalib müəyyənləşmədi
İdman 18:46 / 20.04.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun oyunları davam edir. Günün ilk matçında "Qarabağ" klubu "Qəbələ" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Qonaqların heyətində 19-cu dəqiqədə Bilel Auaşeriya fərqlənib. "Köhlən atlar"da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. Matçın 85-ci dəqiqədə isə "Qəbələ"dən Yaovi Akakpo görüşdə son nöqtəni qoyub.

Çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" xallarının sayını 73-ə çatdırıb. Sonuncu - onuncu sıradakı "qırmızı-qaralar"ın 17 xalı var.


2545 oxunub

InvestAZ