XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Veteran stolüstü tennisçilər ölkə çempionatında iştirak edirlər 
İdman 15:36 / 20.04.2024

Aprelin 20-də veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən verilən məlumata görə, "Şüa” idman kompleksində təşkil olunan turnirdə Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını nümayiş etdirir.

Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. Yarışda həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşəcək. Çempionatın final görüşləri aprelin 21-də keçiriləcək. Fərqlənən iştirakçılara ASTF-nin mükafatları təqdim olunacaq.


12140 oxunub

InvestAZ