XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Ən uzun şahmat marafonunda rekord yeniləndi
İdman 15:41 / 20.04.2024

Nigeriyalı şahmatçı Tunde Onakoya Nyu-Yorkun Tayms Meydanında 58 saatlıq ən uzun şahmat marafonunun rekordunu qırıb. Bu barədə "Apnews” məlumat yayıb. Bildirilir ki, 29 yaşlı Onakoya rekord qırıb, qazandığı pulu Afrikadakı uşaqların təhsili üçün xərcləməyi əsas götürüb. O, Bakı vaxtilə səhər saat 5:30-da marafona başlayıb. Qeyd edək ki, şahmat marafonunun ona qədər rekordu 2018-ci ildə norveçli Hallvard Flatebö və Sjur Ferkinqstada məxsus idi. Onlar 56 saat, 9 dəqiqə və 37 saniyəyə şahmat taxtası önündən çəkilməmişdilər.

Bu barədə Ginnesin Rekordlar Kitabının nümayəndələri heç bir açıqlama verməyib. Bəzən komissiya bir rekordu düzəltmək üçün bir neçə həftə müzakirə aparır.


16392 oxunub

InvestAZ