XƏBƏR LENTİ
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək
İdman 09:31 / 20.04.2024

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunları keçiriləcək. 

Turun ikinci oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Meydana ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" və "Qəbələ" klubları çıxacaq. Aktivində 72 xalı olan  "Qarabağ" birinci, "qırmızı-qaralar"  isə 16 xalla sonuncu - səkkizinci pillədə yer alıblar.

Günün ikinci matçında isə "Zirə" və "Neftçi" klubları üz-üzə gələcək. Qəsəbə təmsilçisi 46 xalla dördüncü, "ağ-qaralar" isə 47 xalla üçüncüdür.


16449 oxunub

InvestAZ