XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Leverkuzenlilər "Qoca Sinyora"nı qabaqladılar - Rekord
İdman 12:20 / 19.04.2024

Ötən gün Almaniyanın "Bayer" klubu Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin "Vest Hem" klubu ilə 1:1 hesablı heç-heçə edib. İki görüşün nəticəsi əsasən leverkuzenlilər yarımfinala yüksəlib. Məlumat üçün bildirək ki, «Bayer» məğlubiyyətsizlik seriyasını 44 matça çatdırıb. Bu mövsüm məğlubiyyətin nə olduğun bilməyən bu klub (38 qələbə və 6 heç-heçə) 21-ci əsrdə Avropanın top 5 liqasının klubları arasında müxtəlif yarışlarda ən uzun məğlubiyyətsizlik seriyasına görə İtaliya "Yuventus"unun rekordunu geridə qoyub. Xatırladaq ki, 2011/12 mövsümündə "Yuventus" 43 görüşü məğlubiyətsiz başa vurmuşdu.



1012 oxunub

InvestAZ