XƏBƏR LENTİ
17 Yanvar 2025
16 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025



Fərid Qayıbov BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb
İdman 10:14 / 19.04.2024

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti Gənclər Forumunda iştirak edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, forumun ilk günü F.Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.

Nazir həmçinin ICYF tərəfindən keçirilən "PEACE Side Event” görüşünə də qatılıb.

ABŞ-yə səfər çərçivəsində Fərid Qayıbov BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və ABŞ Dövlət Departamentinin qlobal gənclər üzrə xüsusi elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.

Qeyd edək ki, F.Qayıbov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.


8704 oxunub

InvestAZ