XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ədalət təmsilçimiz Paralimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək
İdman 15:52 / 18.04.2024
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev sentyabrın 5-7-də Fransanın paytaxtı Parisdə keçiriləcək Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasına dəvət alıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nazim Umbayev 2017-ci ildə "B” kateqoriyalı, 2022-ci ildə "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir. Nazim Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu yerdə qərarlaşıb. 

880 oxunub

InvestAZ