XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Qara qartallar" beşinci məşqçini gətirir
İdman 18:14 / 16.04.2024

Rumıniyalı mütəxəssis Mirça Luçesku Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi olmağa hazırdır.

"iAM SPORT"un məlumatına görə, 78 yaşlı Luçesku Türkiyə klubunun rəhbərliyi ilə ilkin razılığa gəlib. O, bu vəzifədə bir müddət əvvəl işindən uzalaşdırılan portuqaliyalı mütəxəssis Fernando Santosu əvəz edəcək. Luçesku bununla da bu mövsüm "Beşiktaş"ın 5-ci məşqçisi olacaq.

Xatırladaq ki, Luçesku Kiyev "Dinamo”sundan ayrılacağını noyabr ayında açıqlamışdı. O, 2020-2023-cü illərdə Kiyev komandasına rəhbərlik edib. Rumıniyalı mütəxəssis bundan əvvəl 2004-2016-cı illərdə Donetsk "Şaxtyor"unun baş məşqçisi olub. Mütəxəssis əvvəllər "Beşiktaş", "Qalatasaray", "Rapid", "İnter", "Zenit" və Türkiyə millisində də baş məşqçi vəzifəsində çalışıb.


1427 oxunub

InvestAZ