XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Güləş yığmalarımız Quba Olimpiya İdman Kompleksində hazırlıq keçir
İdman 12:51 / 16.04.2024

Güləş üzrə milli komandalarımız Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışında iştirak edirlər. Hazırlıq prosesinə sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız cəlb olunub. Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçirir. Pəhləvanlarımız dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlər də yer ayırıblar.

İki həftə davam edəcək toplanışdan sonra komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcək.


1511 oxunub

InvestAZ