XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İkinci minifutbol turnirində növbəti turun oyunları keçirilib - FOTO
İdman 11:41 / 15.04.2024

Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində üçüncü turun oyunları keçirilib.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, oyunlar iki günü əhatə edib. İlk olaraq "Əmircan" və "Bülbülə" komandaları üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə "Bülbülə"nin qələbəsi ilə yekunlaşıb - 6:3. Daha sonra "Yeni Suraxanı" və "Hövsan" qarşılaşması keçirilib. Oyun "Yeni Suraxanı"nın böyükhesablı qələbəsi ilə yadda qalıb -13:1. Növbəti görüşlərdə "Şağan" "Zirə"yə 3:0, "Qala" "Türkan"a 3:1, "Qaraçuxur" "Keşlə"yə 19:1 hesabı ilə qalib gəlib. "Əhmədli" və "Günəşli" arasında keçirilən görüşdə "Günəşli" komandası qalib olub - 12:2. "Şüvəlan" komandası isə "Binə"yə 1:5, "Buzovna" komandası "Mərdəkana" 1:11 hesabı ilə uduzub.

"Nardaran" - "Maştağa” və "Kürdəxanı" - "Pirşağı" oyununları qolsuz heç-heçə ilə başa çatıb - 0:0. "Sabunçu" və "Ramana" arasında keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb. "Zabrat" və "Balaxanı" arasında təşkil olunan görüş "Zabrat" komandasının qalibiyyəti ilə bitib - 2:1. "Mehdiabad" və "Aşağı Güzdək" arasında keçirilən qarşılaşmada isə hesab açılmayıb - 0:0. "Görədil" "Məmmədli" komandasına 1:2 hesabı ilə məğlub olub. "Biləcəri" "Masazır" komandasına - 3:2, "Saray" isə "Binəqədi" komandasına 3:1 hesabı ilə qalib gəlib.

Turnirdə 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.



1568 oxunub

InvestAZ