XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025



Premyer Liqa: "Səbail" - "Kəpəz" oyununda qalib müəyyənləşmədi 
İdman 18:47 / 14.04.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turunda növbəti oyun keçirilib. "Səbail" klubu doğma meydanda "Kəpəz"i qəbul edib. "ASCO Arena"da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Gəncəlilər fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. Lakin Şahin Diniyevin komandası ikinci hissədə geridönüş edərək 3:2 hesabı ilə önə keçib. Oyunun sonuna artırılan dəqiqələrdə isə bərabərlik qolunu vuran "Kəpəz" futbolçuları yekun hesabı müəyyənləşdiriblər - 3:3.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Səbail" yeddinci pillədə qalıb. "Kəpəz" isə 30 xalla doqquzuncu yerdə qərarlaşıb.


19517 oxunub

InvestAZ