XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Maksima Masters” çempionatında uğurlu nəticə
İdman 19:01 / 08.04.2024

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters” çempionatında qalib gəlib.

Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 4 gün davam edən yarışda 3 atla iştirak edən təmsilçimiz cavan atlar (5 – 7 yaş) arasında təşkil olunan turda 4 qızıl, böyük atlar arasında turda ("Qızıl Tur”) isə 2 qızıl və 1 bürünc medala sahib çıxıb.

Yekun nəticələrə əsasən, Azərbaycan MDB dövlətləri arasında "Maksima Masters” çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülən ilk ölkə, A.Əlibəyov isə ilk idmançı olub.

Komandanın digər üzvü Aqata Zəhrabəyova isə Almaniyanın Troysdorf şəhərində ponilər arasında keçirilən beynəlxalq yarışda 69.7 % göstərici ilə ikinci yeri tutub.


1247 oxunub

InvestAZ