XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa Kubokunda gümüş medal
İdman 12:24 / 08.04.2024

Cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvü Xədicə Abdullayeva Çexiyanın Teplis şəhərində keçirilən Avropa Kubokunda mükafatçılar sırasında yer alıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, -40 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız gümüş medala layiq görülüb. Cüdoçumuz həlledici görüşdə polşalı Sandra Valençikə məğlub olub.

Qeyd edək ki, Avropa Kubokunda 32 ölkədən 583 (363 oğlan, 220 qız) idmançı mübarizə aparıb. Komandamız turnirdə qızların yarışında 13 idmançı ilə təmsil olunub.


1392 oxunub

InvestAZ