XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Premyer Liqa: "Neftçi" doğma meydanda "Sumqayıt"la bacarmadı
İdman 23:06 / 07.04.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun oyunlarına yekun vurulub.

Turun son oyununda "Neftçi” və "Sumqayıt” komandaları üz-üzə gəlib. "Neftçi Arena”da keçirilən oyunda hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə Yuri Matias avtoqol müəllifi olub. Matçın 73-cü dəqiqəsində "ağ-qaralar”ın kapitanı Emin Mahmudov hesabı bərabərləşdirib -1:1. Bu, oyunda vurulan son qol olub və tərəflər meydanı hərəyə bir xalla tərk ediblər. Bununla xallarının sayını 44-ə çatdıran "Neftçi” turnir cədvəlində üçüncü pilləyə enib. Dördüncü sırada qərarlaşan "Sumqayıt”ın aktivində isə 43 xal var.

Qeyd edək ki, XXX turun matçları aprelin 12-14-də keçiriləcək.


1282 oxunub

InvestAZ