XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Daha bir sərbəst güləşçimiz Paris-2024-ə lisenziya qazandı
İdman 19:58 / 07.04.2024

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurla çıxış edən sərbəst güləşçilərimiz Paris Olimpiadasına daha bir lisenziya qazanıb. Bu uğura 86 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov nail olub. 25 yaşlı pəhləvanımız həlledici görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib -4:1.

Xatırladaq ki, Osman Nurmaqomedov təsnifat mərhələsində Domantas Pavluçenkoya (Litva), 1/8 finalda Samuel Şerrerə (İsveçrə),1/4 finalda isə Maqomed Ramazanova (Bolqarıstan) qalib gəlib.

Bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da Paris Olimpiadasına lisenziya qazanıb.



1255 oxunub

InvestAZ